Rusiya istehsalı S-300 "Bayraktar"ı nə üçün vura bilmir? – Türkiyəli mütəxəssis AÇIQLADI


Türkiyəli mütəxəssis “Bayraktar” PUA-larından danışıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, müdafiə məsələləri üzrə hərbi ekspert Turan Oğuz “Bayraktar”ın müasir texniki vasitələrlə təchiz edildiyini və bəzi hava hücumundan müdafiə sistemlərinin vura bilmədiyini qeyd edib:
“Bayraktar” PUA-ları 40-dan çox Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərini vurub. Bayraktar” və MAM-L ikilisi (PUA-nın daşıdığı idarə olunan raket) Rusiya HHM sistemlərinin xüsusiyyətlərindən daha üstün şəkildə hazırlanıb. 13 ədəd 9K33 OSA HHM sistemini məhv edib. 
Mütəxəssis S-300-ün “Bayraktar”ı vura bilməməsinin səbəbini də açıqlayıb:
“S-300 saatda 180 kilometr-dən daha aşağı sürətlə uça bilən hədəfləri daxili qüsur kimi qeydə alır və təqib edə bilmir. “Bayraktar” TB-2 saatda 130 kilometrdən daha aşağı sürətlə uça bilir.

DİGƏR XƏBƏRLƏR

Top