Ermənistan İctimai Radiosu türk dilində yalan məlumatlar yaymağa davam edir.
Yeniavaz.com xəbər verir ki, sözügedən radionun türk dilindəki saytında müğənni Sərdar Ortacdan sonra digər türkiyəli məşhurlar da Azərbaycan əsgərləri kimi təqdim edilib. 11 dildə yayımlanan qurumun türk saytında aktyorlar Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, məşhur aşpaz Burak Özdemir, şoumen Beyazıt Öztürk və müğənni Tarkan fotoları yerləşdirilib. Dünəndən qalmaqallı təbliğat metodundan istifadə etməyə davam edən saytda, rus əsilli Türkiyə vətəndaşı Andrey Polyaninin əsgərlik dövründə çəkdirdiyi fotoşəkil də yerləşdirilib.
Qeyd edək ki, ermənilərin əl atdığı bu çirkin əməl Türkiyə mətbuatında gündəm olub.