Ermənistanda ərzağın qiyməti kəskin artdı - "İrates" qəzeti


"Artıq 10 gündür ki, mağazalarda yağ və şəkərin qiyməti kəskin şəkildə artıb. 10 gün əvvəl 1 litr bitki yağı 600 dram (1,2 dollar) idisə, bu gün 750-800 dram (1,5-1,6 dollar) satılır. Bir kiloqram şəkər tozu bir həftə əvvəl 250-280 dram (0,5-0,56 dollar) idisə, bu gün 410 dram (0,83 dollar) olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "İrates" qəzeti yayıb. 
Qəzet yazır ki, qiymət artımı iqtisadi səbəblərdın baş verə bilməz. Bildirilir ki, son bir ayda şəkər tozunun qiyməti 1% ucuzlaşıb və belə olan halda Ermənistanda qiymətlər niyə artır.
Xəbərdə daha sonra qeyd olunur ki, qiymət artımı bu sahədə inhisarçılığın olduğunu və kimlərinsə fürsətdən istifadə edərək daha çox pul qazanmaq istədiyini göstərir. 
Xatırladaq ki, bir müddət əvvəl ölkədə hərbi geyim və gül satışı sahəsində də qiymət artımı olub. Əhalinin narazılığınan sonra dövlət qurumları bu sahədə yoxlamlar aparıb süni qiymət artımının olduğunu təsdiqləyib.
"İrates" qəzeti yazır ki, bu yoxlamalardan və rəsmi açıqlamaldan iki həftə keçsə də insanlar hələ də hərbi forma və çiçəklərin baha olmasından şikayətlənirlər.

DİGƏR XƏBƏRLƏR

Top