Azərbaycan Yəhudi icmaları erməni təxribatları ilə bağlı bəyanat yaydı - FOTO


Azərbaycan Yəhudi icmaları Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı apardığı təxribatlara etiraz olaraq bəyanat imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bəyanatda Azərbaycanın zəngin tarixi, mədəni və multikultural dəyərlərə sahib bir ölkə olması, milliyyətindən və irqindən asılı olmayaraq, bu ölkədə qanuna tabe olan hər kəs sülh və təhlükəsizlik şəraitində yaşaya bildiyi qeyd olunub.
Eləcə də, icmanın bəyanatında təxminən 2000 ildir ki, Azərbaycan yəhudilərinin burada sülh və təhlükəsizlik şəraitində yaşadığı vurğulanıb.
Azərbaycanda sinaqoqlar, yəhudi məktəbləri və uşaq bağçaları var. Ölkəmizdə, müxtəlif xalqların nümayəndələri dostluq və həmrəylik mühitində yaşayırlar.
Azərbaycan dövləti milli azlıqlar daxil olmaqla, vətəndaşlarına qarşı tolerant və qonaqpərvərdir.

DİGƏR XƏBƏRLƏR

Top