"Niyə heç kim Klintonun xanımının dövlət katibi və sonra da prezident namizədi olması haqqında danışmır"


"Niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danışmır?".

Yeniavaz.com-un verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı jurnalistin “Qərb ölkələri tərəfindən tənqidlər var ki, Siz özünüz atanızdan sonra hakimiyyətə gəlmisiniz” sualına belə cavab verib:

"Bəli, bu, həqiqətdir. Lakin mən atamın xələfi olmamışdan əvvəl uzun illər idi, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci ildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini olmuşdum və Baş Nazir olmuşdum. Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdur və əlbəttə ki, onlar bunun onların təqdim etmək istədiyi kimi olmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danışmır? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlət katibi və sonra da prezident namizədi olması haqqında danışmır və bunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy, onlar özlərinə baxsınlar".

DİGƏR XƏBƏRLƏR

Top