FBI: "Rusiya və İran ABŞ-da keçiriləcək prezident seçkilərə müdaxilə etməyə çalışıb"


Federal Tədqiqatlar Bürosu və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Rusiya və İranın ABŞ-da keçiriləcək 3 noyabr prezident seçkilərinə müdaxilə etdiklərini iddia edib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı FTB-nin direktoru Kris Rey və MKİ-nin direktoru Con Retkliff  mətbuat konfransında jurnalistərin diqqətinə çatdırıb.
Məlumatda, iki ölkə tərəfindən bəzi seçicilərin məlumatlarının ələ keçirildiyi və bu məlumatlardan seçkilərin əleyhinə istifadə edə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Retkliff çıxışı zamanı məsələni araşdırdıqlarını və bunun xoş bir hal olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu müdaxilələr poçt ünvanları vasitəsilə həyata keçirilib. Burada əsas məqsəd Trampa zərər vermək və seçicilərin gözünü qorxutmaq olduğu deyilib.

DİGƏR XƏBƏRLƏR

Top