Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü – FOTOLAR


Qondarma rejimin Xankəndidən yayımlanan “Artsakh” televiziyası bir neçə gündən sonra yeni frekansla və aşağı keyfiyyətlə yayıma başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist İsgəndər Qənbərov məlumat yayıb. O, televiziyanın Dağlıq Qarabağ ərazisindən Ermənistana köçürüldüyünü bildirib:
“Kiçik bir araşdırma apardım. Artıq televiziyalarını Xankəndidən İrəvana daşıyıblar. Peykdə kod dəyişib. Studiyada isə əvvəlki “əzəmətli” dekor yoxdur”, - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top