86 yaşlı tənha qadın pensiyasını orduya bağışladı – FOTO


Bu gün Sosial Xidmətlər Agentliyinin 15 saylı saylı Mingəçevir filialına müraciət edən 86 yaşlı Mingəçevir sakini Gülavər Aslanova pensiyasının bir aylıq məbləğini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım fonduna ianə etmək istədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, qurumun müdir əvəzi Zəfər Hacıyev bildirir ki, tənha qadın Gülavər Aslanova dəfələrlə müraciət edib: "Mən pensiyamın bir ayını orduya dəstək üçün köçürmək istəyirəm".
Onun bu arzusunu reallaşdırmaq üçün bu gün xanımın öz iştirakı ilə Beynəlxalq Bank vasitəsi ilə 200 manat məbləğində vəsait köçürülüb.
Gülavər Aslanova deyir ki, hər gün şəhidlərin ruhuna dualar oxumamış yatmır: "Öz övladım olmayıb amma ordudakı bütün əsgərlər mənim övladlarımdır. Mən də istədim ki, onlara cüzi də olsa köməyim dəysin. Sağ olsun Sosial Xidmətlər Agentliyinin əməkdaşları onlar mənə kömək etdilər. Mən də bank vasitəsi ilə ianəni göndərdim. Ordumuza, prezidentimizə dualarımı, salamlarımı çatdırıram”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top