Çinli milyarderlərin gəliri pandemiya dövründə daha da artıb


Çinin Uhan şəhərində başlayan koronavirus pandemiyası bütün dünyaya mənfi təsir etdiyi halda, Çinli milyarderlər sərvətlərini daha da artırıb.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, sərvətini artıranların siyahısında e-ticarət sahəsində fəaliyyət göstərən “Əlibaba”nın qurucusu Cak Ma, peyvənd və tibbi məhsullarını təkmilləşdirən şirkətlərin hissədarlarından Suy Sinxay, An Konq Li Venmey və Vanq Sihuyanın da adları yer alıb.
Belə ki, Cak Manın sərvəti 45 faiz artaraq 58, 8 milyard dollar, peyvənd istehsalçısı “Zhifei”in qurucusu Siyan Renşenin sərvəti üç dəfə artaraq 19,9 milyard dollara qalxıb. Qablaşdırılmış “Nongfu” sularının qurucusu 66 yaşlı Zonq Şanşan isə siyahıya ilk dəfə girib. O, 53, 7 milyard dollarla siyahıda 3-cü sıraya yüksəlib.
Qida tədarükçüsü “Meituan” firmasının qurucusu Vanq Xinqin sərvəti dörd dəfə artaraq 25 milyard dollar olub. Bu artım onu siyahıda 52 mərtəbə irəlilədərək, 13-cü yerə gətirib. “JD.com” onlayn ticarət platformasının qurucusu Riçard Liunun sərvəti iki dəfə artıraraq 23, 5 milyard dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top