Çində son sutkada 11 koronavirusa yoluxma halı qeydə alınıb


Çinin Qinqdao şəhərində keçən həftə meydana gələn yoluxmaların səbəbinin xaricdən gələn şəxslər olduğu bildirilib.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, məlumat, Çin Milli Səhiyyə Təşkilatı tərəfindən verilib. Təşkilatın açıqlamasında son 24 saatda ölkə xaricindən qaynaqlanmış 11 yeni COVID-19-a yoluxma faktı aşkarlandığı bildirilsə də, yeni növ koronavirusla bağlı ölüm faktı qeydə alınmayıb. Ümumi yoluxma halı isə 85 min 715-ə çatıb.
Digər tərəfdən təşkilat, keçən həftə ölkənin şərqində yerləşən Qinqdao şəhərində bir xəstəxanada meydana gələn yoluxma hallarının qaynağının aşkarlandığını açıqlayıb. Təşkilatın sözlərinə görə, yoluxmaların  qaynağı sentyabr ayında COVID-19  testi pozitiv çıxmış iki liman işçisi olub. İşçilərin koronavirusa limanda yükdaşıma xidmətində yoluxduqları və müalicə almaq üçün getdikləri xəstəxanada başqalarına da yoluxdurduqları deyilir.
Qeyd edək ki, pandemiya səbəbindən Qinqdao şəhərində keçən həftə 11 milyondan çox insan COVID-19 testindən keçsə də, yeni yoluxma halına rast gəlinməyib.

DİGƏR XƏBƏRLƏR

Top