Gəncə sakini dağılmış evində "Sarı gəlin"i ifa etdi, Türkiyədə gündəm oldu – VİDEO


Erməni vandallarının Gəncəyə raket hucumu nəticəsində evi dağılan şəhər sakini Abbas Səmədov piano ilə Azərbaycanın xalq musiqisi “Sarı gəlin”i ifa edib.
Yeniavaz.com xəbər verir ki, evinin dağılmasına və yaralanmasına baxmayaraq ruh yüksəkliyi ilə mahnını ifa edən Gəncə sakini Türkiyə mətbuatında gündəm olub. A.Səmədov bildirib ki, evi raketin düşdüyü yerdən təxminən 50 metr uzaqlıqda yerləşir:
"Diz qapağımdan qəlpə yarası almışam. Xəstəxanada bir neçə gün müalicə aldım və evə qayıtdım. Evimdə bir tək piano işlək vəziyyətdə qalıb. Uşaqlığımdan bəri “Sarı gəlin” mahnısını pianoda ifa edirəm. Biz bunu azərbaycanlıların milli marşı kimi qəbul edirik. Ermənilər Qarabağ kimi “Sarı gəlin” mahnısına da oğurlayıblar. Lakin, Qarabağ da, “Sarı gəlin” mahnısı da bizimdir!".

DİGƏR XƏBƏRLƏR

Top