Qırğızıstanda nəticəsi ləğv edilən parlament seçkiləri bu tarixdə yenidən keçiriləcək


Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı məlum olub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Qırğızıstanda təkrar parlament seçkiləri 20 dekabrda keçiriləcək. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Xatırladaq ki, Qırğızıstanda 4 oktyabrda parlament seçkiləri keçirilmişdi. 16 siyasi partiyanın iştirak etdiyi seçkidə yalnız 4 partiya 7 fazilik baryeri aşa bilmişdi. Bu səbəblə, məğlub olan partiyanın tərəfdarları paytaxtda mitinqlər təşkil etdilər, ölkədə etiraz aksiyaları genişləndi və prezident Sooronbay Jeenbekov başda olmaqla hökumətin istefa verməsinə səbəb oldu. Parlament seçkilərinin nəticələri isə ləğv edildi.

DİGƏR XƏBƏRLƏR

Top