Təxribatçı videolarla tanınan "WarGonzo" Qarabağdan qaçdı


"WarGonzo" kanalının qurucusu Semyon Peqov Qarabağdan qaçaraq Xabarovska gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Semyon Peqov özü məlumat yayıb. O Xabarovska gedişini "yeni araşdırmalarla" əlaqəli olduğunu bildirib. 
Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top