Azərbaycan şahmatçısı dünya ikincisi olub


Onlayn şahmat üzrə məktəblilərin dünya çempionatında ilk mükafatçılar bəlli olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, 2006-2007-ci il təvəllüdlü oğlan və qızların mübarizəsinə yekun vurulub.
U-14-lərin yarışında qüvvəsini sınayan Riad Səmədov da mükafatçılar sırasına düşüb. İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 7 xal qazanan idmançımız 2-ci yeri tutub.
Gümüş medal əldə edən Səmədov dünya çempionu olan iranlı Məhəmməd Cavad Xorşidi Paci ilə eynio xal toplayıb. Yalnız əlavə göstəricilər asiyalıya qızıl medal qazandırıb.
Qeyd edək ki, qızların da yarışında İran təmsilçisi çempionluğa sevinib. Səhər Məsumi Kəjəz 7,5 xalla 1-ci olub.

DİGƏR XƏBƏRLƏR

Top