Döyüşməyə hərbçisi qalmayan Ermənistan bu şəxslərdən kömək istədi – FOTO


Çox sayda hərbi texnika və canlı qüvvə itirən Ermənistan çarəsiz vəziyyətdə qalıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan hökuməti İkinci Dünya Müharibəsində iştirak edən yaşlı döyüşçülərinin fotosunu paylaşaraq “müharibədə iştirak etmiş vətəndaşlarımızla koordinasiya içindəyik”- deyə qeyd əlavə ediblər. Bu foto Ermənistan ordusunun düşdüyü çətin vəziyyəti bir daha gözlər önünə sərib.
Qeyd edək ki, Ordumuzun başlatdığı əks həmlə əməliyyatı ilə Ermənistanın çox sayda yüksək rütbəli zabitləri, generalları, xüsusi təyinatlı qüvvələri məhv edilib. Son məlumatlara görə, Ermənistanın hərbçiləri mövqelərini qoyaraq qaçırlar. Döyüşməyə əsgər tapa bilməyən Ermənistan hökuməti artıq qadınlardan ibarət batalyonun qurulması barədə göstəriş verib.

DİGƏR XƏBƏRLƏR

Top