Xocalı qətliamının daha bir iştirakçısı yaralandı


1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı vəhşiliklər edən Sasun Mikaelyan Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, Sasun Mikaelyan bir neçə gün əvvəl işağal altında olan Qarabağa gələrək Azərbaycan Ordusuna qarşı döyüşməyə başlayıb.
Məlumat üçün bildirək ki, 1958-ci ildə anadan olan Sasun Mikaelyan birinci Qarabağ müharibəsi zamanı “Sasun” adlı terrorçu qruplaşma yaradaraq  Azərbaycana qarşı döyüşüb. Daha sonra Ermənistanda bələdiyyə sədri və millət vəkili olub. 2008-ci ildə Koçaryan hakimiyyətinə qarşı çıxdığı üçün həbs olunub. Sonuncu dəfə 2018-ci ildə Nikol Paşinyanın partiyasından deputat seçilib. Hazırda Ermənistan parlamentinin üzvüdür.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı vəhşiliklər edən daha bir terrorçu yaralanıb və daha sonra müalicə aldığı xəstəxanada ölüb.  Belə ki, 1992-ci ildə Qarabağda, o cümlədən də Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər törədən “Qara panter” adlı terror qruplaşmasının rəhbəri Rüstəm Qasparyan və 29 yaşlı oğlu Azərbaycan Orusu tərəfindən məhv edilib.


 

DİGƏR XƏBƏRLƏR

Top