Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “twitter” sosial şəbəkəsi vasitəsilə tarixi Xudafərin körpüsünün azad edilməsi və üzərində Azərbaycan bayrağının dalğalandırılması barədə məlumat verib və bunu əks etdirən kadrlar paylaşıb.
Yeniavaz.com xəbər verir ki, daha sonra sosial şəbəkələrdə İran İslam Respublikasında yaşayan soydaşlarımızın Araz çayının sahilinə gələrək Xudafərin körpüsünün azad olunmsının qeyd etmələrini əks etdirən kadrlar yayılıb. Onlar müxtəlif şüarlar səsləndirərək Azərbaycan ordusuna dəstək veriblər.
Həmin kadrlardan bəzilərini təqdim edirik: