İşğalçı Ermənistan növbəti dəfə NATO-ya müraciət etdi – Bu dəfə "Bayraktar"a görə


Dağlıq Qarabağda məğlubiyyətə uğrayan işğalçı Ermənistan NATO-ya da müraciət edib.
Yeniavaz.com
İHA-ya istinadla xəbər verir ki, Dağlıq Qarabağda çox sayda hərbçiləri məhv edilən və əsgərlərini döyüş meydanında tuta bilməyən Ermənistan NATO-ya müraciət edib. Ermənilər Türkiyə istehsalı olan “Bayraktar” PUA-larının Qarabağda istifadə edilməsinə icazə verilməməsini istəyib.
Qeyd edək ki, Azərbaycan Ordusu işğal altında olan torpaqların azad edilməsi üçün başlatdığı əks həmlə əməliyyatlarına davam edir. Çox sayda hərbi texnika, canlı qüvvə itirən Ermənistan ordusu döyüşlərdən imtina edərək mövqeləri tərk edərək qaçır. Ermənistan dəfələrlə dünya ölkələrinə, Beynəlxalq təşkilatlara Azərbaycanı dayandırmaq üçün müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top