Dünyada koronavirusdan ölənlərin sayı 1 milyon 100 mini ötdü


Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19 səbəbilə ölənlərin sayı 1 milyon 118 min 396-ya, yoluxanların sayı isə 40 milyon 287 min 374-ə çatıb. Bu günə qədər 30 milyon 121 min 710 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Orada 8 milyon 387 min 799 nəfər COVİD-19- yoluxub, 224 min 734 nəfər isə həmin xəstəlikdən vəfat edib. 
İkinci yerdə Hindistandır. Hindistanda 7 milyon 550 min 273 nəfər yeni növ koronavirusa yoluxub, 116 min 644 nəfər isə vəfat edib. 
Üçüncü sırada Braziliyadır. Həmin ölkədə 5 milyon 235 min 344 yoluxma halı qeydə alınıb, 153 min 905 nəfər isə COVİD-19 səbəbilə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top