Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO


Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu, 18 oktyabr – Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təşkil edilib.

Niaqara şəlaləsinin Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanması Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində reallaşıb.

DİGƏR XƏBƏRLƏR

Top