“Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. Sitalçay ərazisində "S-300" raketinin qalıqları aşkarlanıb”.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.
İ. İsmayılov deyib ki, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir: “Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub”.
*16:07
Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Raketin qalıqları əkin sahəsinə düşüb.