İmran Xan: “Ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq”


Pakistanın baş naziri İmran Xan Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
Bu barədə ölkənin baş naziri “twitter”də paylaşım edib:
“Müstəqillik günündə İlham Əliyev və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq. Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”.
 
 

DİGƏR XƏBƏRLƏR

Top