Gəncədə dağıntılar altında qalan iki azyaşlının meyiti tapıldı - VİDEO - YENİLENİB

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu oktyabrın 17-də gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, bir neçə yaşayış binası dağıdılıb.

Gəncəyə atılan raket nəticəsində dağıntılar altında qalan iki uşağın cəsədi çıxarılıb. 

Bu barədə AzTV-nin efirində bildirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin açıqladığı son məlumata görə, dağıntılar altından 13 nəfərin cəsədi və xəsarət almış 52 nəfər çıxarılıb.

*12:00
Ermənistanın ötən gecə Gəncəyə raket hücumu nəticəsində hələ də iki uşağın dağıntılar altında qaldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, Gəncədə Ermənistanın dinc əhalini hədəf almasına nəticəsində baş verən dağıntılarda xilasetmə işləri davam etdirilir. Verilən məlumatlara görə, iki uşaq hələ də dağıntılar altındadır. Bununla bağlı AzTV Gəncədə axtarış aparılan yerdən reportaj yayımlanıb.
Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb. 
 

 

DİGƏR XƏBƏRLƏR

Top