Britaniya səfiri: “Gəncədə son olanlar qəbuledilməzdir”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Gəncəyə edilən raket zərbəsi ilə bağlı “Twitter” hesabında paylaşım edib.

O, Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Mortonun Dağlıq Qarabağda dinc itkilərin qəbuledilməz olması barədə paylaşımına münasibət bildirib.

Səfir Ceyms Şarp V.Mortonun paylaşımına “Mülki əhali arasında olan itkilər, xüsusilə Gəncədə son olanlar qəbuledilməzdir” qeydini yazıb.
 

 

 

DİGƏR XƏBƏRLƏR

Top