Hulusi Akar: "Bu vəhşiliyə susanları tarix heç vaxt bağışlamayacaq"


"Balistik raketlərlə mülki vətəndaşlara hücum edənlər bunun mütləq hesabını verəcəklər və bu vəhşiliyə susanları da tarix heç vaxt bağışlamayacaq".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar, Müdafiə naziri Zakir Həsənovla telefon danışığı zamanı deyib. O bildirib ki, Ermənistan müharibə cinayətlərini davam etdirir uşaq, qadın, yaşlı demədən azərbaycanlı qardaşlarımızı öldürdülər: "Atəşkəs və danışıqlar istəyənlər isə hələ də uzaqdan izləməyə davam edirlər. Biz azərbaycanlı qardaşlarımızın ərazi bütövlüyünü qorumaq və öz ərazilərini geri qaytarmaq uğrunda apardıqları mübarizədə bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik" .
Azərbaycan Ordusunu təbrik edən H.Akar, bütün edilən hücumlarda həyatını itirən və şəhid olan şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

DİGƏR XƏBƏRLƏR

Top