Gəncəyə hücum zamanı elektrik xətti zədələnsə də, qısa vaxtda bərpa edildi


Xəbər verdiyimiz kimi, oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballestik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində Beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, 24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.

DİGƏR XƏBƏRLƏR

Top