İlham Əliyev Cəbrayıl istiqamətində srağagün, dünən və bu gecə uğurlu əməliyyatlar keçirildiyini açıqladı


"Füzulini təslim etmək istəmirdi. Halbuki başa düşürdü ki, bunu saxlaya bilməyəcək".

Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, Cəbrayılı da təslim etmək istəmirdi: “İndi Cəbrayıl istiqamətində də srağagün, dünən və bu gecə uğurlu əməliyyatlar keçirilibdir. Strateji yüksəkliklər götürülübdür. Bu haqda hələ ki, bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top