Ovannisyan Qarabağdan qaçan ermənilərə müraciət etdi: “Kişi olun…”

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan erməni hərbçilərinə müraciət edib və onları qadınlarına layiq olmağa, ölənə qədər dözməyə çağırıb.

Bu barədə o, özünün “Facebook” hesabında yazıb.

“Hətta tələbə qızlar da öz bölmələrini yaradıblar və cəsarətlə döyüşürlər. Onlar intiharçı olmağa hazırdırlar. Bəs siz? Gəlin, onlara layiq olaq”, - deyə A.Ovannisyan pafosla yazıb.

O, həmçinin, müharibəyə yazılmaqdan imtina edən erməni gənclərinə də müraciət edib.

“Bayraqları maşınlara taxaraq və vətənpərvərlik mahnıları ilə İrəvanın ətrafında gəzməklə, zəfəri yaxınlaşdırmırsınız. Silah götürün və irəli, ön cəbhəyə”, - deyə o bildirib. //oxu.az

DİGƏR XƏBƏRLƏR

Top