Türkiyə parlamentinin sədri: “Quldur dövlət yenə mülki şəxsləri hədəf aldı”


Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistan ordusunun Gəncəyə və Mingəçevirə hücumlarını qınayıb.

Yeniavaz.com xəbər verir ki, o, bu hərbi cinayətlərə göz yumanların da hüquq qarşısında cavab verəcəklərini bildirib: 

"Quldur dövlət Ermənistan Gəncə və Mingəçevir şəhərinə etdiyi raket hücumlarında yenə günahsız mülki şəxsləri hədəf alıb. Hələ də bu hərbi cinayətlərə göz yumanlar beynəlxalq hüquq qarşısında cinayətin ortağı olaraq ittiham olunacaqlarını da bilməlidirlər”, - deyə M.Şəntop vurğulayıb. 

DİGƏR XƏBƏRLƏR

Top