Baş Prokurorluq Gəncəyə raket hücumu ilə bağlı məlumat yaydı

Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulub.

İlkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Bu barədə Baş Prokurorluğun yaydığı növbəti məlumatda bildirilir.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top