Düşmən yenidən Gəncə və Mingəçevirə raket zərbəsi endirib - RƏSMİ


Ermənistan silahlı qüvvələri yenidən Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında paylaşım edib:

"Hazırda: Ermənistanın humanitar atəşkəs arxasında gizlənən silahlı qüvvələri terror və hərbi cinayət əməllərini davam etdirir.
Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Yaralılar və dağıntılar dəqiqləşdirilir"..

DİGƏR XƏBƏRLƏR

Top