Həftəsonu ictimai nəqliyyat işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat həftəsonu işləməyəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara edilmiş dəyişikliyə əsasən isə, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında da 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top