"Füzuli rayonunun kəndlərinin mütləq əksəriyyəti bizdədir"


“Status-kvo artıq yoxdur. Mən bu haqda artıq sözlərimi dedim və bu, reallıqdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, status-kvo torpaqların işğal altında saxlanılması idi: “Baxmayaraq ki, Minsk Qrupunun həmsədrləri bu mövzu ilə bağlı hələ 10 il əvvəl müsbət açıqlamaları olmuşdu ki, status-kvo qəbuledilməzdir, ancaq praktik addım atılmamışdı. Biz 30 il status-kvonun dəyişdirilməsini gözlədik ki, müzakirə mərhələsində buna biz nail ola bilərik, amma olmadı. Ona görə biz bunu döyüş meydanında məhv etdik. Bu artıq yoxdur. Artıq Cəbrayıl şəhəri bizdədir. Cəbrayıl rayonun kəndlərinin böyük hissəsi, Füzuli rayonunun kəndlərinin mütləq əksəriyyəti bizdədir. İndi Füzuli şəhərini də biz görürük. Hadrut bizdə, Madagiz bizdə”.

DİGƏR XƏBƏRLƏR

Top