"PKK terrorçuları Dağlıq Qarabağda düşərgələr yaradıblar”


“Bizdə bu döyüşdən əvvəl də indi də məlumat var idi ki, PKK terrorçuları orada düşərgələr yaradıblar. Çünki Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi”.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, orada hər hansı beynəlxalq nəzarət mexanizmi olmayıb: “İndi Ermənistan da, Azərbaycan da bir çox beynəlxalq təşkilatların üzvləridir və orada nəzarət mexanizmləri də var, monitorinq var. Ora isə nəzarətsiz bir ərazidir, ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, onlar da bu istehkamların qurulmasında rol oynayıblar”.

DİGƏR XƏBƏRLƏR

Top