"Onlarda itki daha çoxdur" - İlham Əliyev


“Can itkisi ilə bağlı onların mediada gedən rəqəmi mən deyirəm, hardasa 600-dən çoxdur. Amma bizdə olan məlumata görə, onlarda itki daha çoxdur. Yəni dediklərindən bir neçə dəfə daha çoxdur".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.
"Əgər 200 tank məhv edilibsə, bu tankların içində olan əsgərlərin sayına baxın, artıq bu rəqəm neçəyə çıxır. İndi döyüş bölgələrində, komanda mərkəzlərində, digər qurğularda onların texnikasının necə məhv edilməsinin görüntüləri var. Ona görə hansısa konkret rəqəm demək istəməzdim. Çünki mən hər zaman dəqiq rəqəmlərə sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək istəmirəm. Amma təbii ki, bu itkilər 600-dən daha çoxdur”- deyə dövlət başçısı bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top