“Bizdə İranın Ermənistana silahlar göndərməsi barədə hər hansı bir məlumat yoxdur”


“İrandan Ermənistana silah göndərilməsi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Əksinə deyə bilərəm ki, İran və Gürcüstan hava və quru yollarını Ermənistana silahların daşınması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətinə təşəkkür edirik”. Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib. O bildirib ki, bu gün Gürcüstan ərazisindən qaçaqmalçı yolları ilə silahlar göndərilir: “Bu karqo və mülki təyyarə ilə həyata keçirilir. Ermənistan bu yaxınlarda yeni təyyarə alıb. Bizdə olan məlumata görə bunu 30-40 milyon dollara alıb. Bu təyyarəni Rusiyada yaşayan zəngin iş adamları alır. Karapetyan, Abromyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri muzdlu kimi Qarabağa göndərirlər. Eyni zamanda İL-76 təyyarəsinin alınması Ermənistana imkan verdiki qaçaq yolla öz ərazilərinə ötürsün. Çünki hər bir hərbi məhsul alanda bəyanat verilir. Onların bəyanatlarında isə bu mülki təyyarədir. Bunun içərisində tank əleyhinə, hava hücumuna qarşı silahlar və eyni zamanda qaçaqmalçı yollarla Rusiyadan alınmış raketlər göndərilir”.

DİGƏR XƏBƏRLƏR

Top