İlham Əliyevin fransız jurnalistə bu cavabı Türkiyə mediasında manşet oldu – VİDEO


Prezident İlham Əliyevin oktyabrın 14-də “France 24” kanalına müsahibəsi Türkiyə mətbuatında manşetə düşüb.
Yeniavaz.com
xəbər verir ki, müsahibə zamanı Prezident İlham Əliyev, Türkiyə istehsalı olan pilotsuz təyyarələrinin erməni silahlı qüvvələrinə böyük ziyan vurduğunu bildirib. Bu zaman fransalı jurnalist, “Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?”, sualını ünvanlayıb. Jurnalistin bu sualına Prezident gülərək, “Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Yəqin ki, məni başa düşərsiniz ki, say açıqlamaq təhlükəsizlik baxımdan düzgün olmazdı”.
 Prezident İlham Əliyevin bu cavabı Türkiyə mediasında “Fransız aparıcının dronla bağlı sualı Əliyevi güldürdü” başlığı ilə manşetə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top