Hikmət Hacıyev: "Ermənilər Avropada COVID-19 yayırlar"


“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyatlara zərər verir və COVID-19 yayırlar”.
Yeniavaz.com xəbər verir ki, bunuə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb:
“Ermənistan bu cür təxribatlara getmək əvəzinə Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”.
Qeyd edək ki, Hikmət Hacıyev bu sözləri Ermənistan baş naziri Nikol Paşinyanın Avropada yaşayan ermənilərin keçirdiyi aksiyalar barədə yazdıqlarına cavab olaraq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top