Ermənistan türk mallarının ölkəyə gətirilməsini qadağan edir


Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan etməyə hazırlaşır.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bununla bağlı qərar layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib.
Qərar layihəsində qeyd olunur ki,  türk mənşəli malların idxalının məhdudlaşdırılması, iqtisadi xarakter daşımaqla birlikdə təhlükəsizlik komponentini nəzərdə tutur.
Bildirilir ki, 2019-cu ildə Ermənistana Türkiyə istehsalı olan (mənşə ölkəsi) 268,1 milyon dollar dəyərində məhsul gətirilib. Türkiyə istehsalı olan əsas mallar bunlar olub: geyimlər - 69,4 milyon dollar, sitrus meyvələri - 10,3 milyon dollar, maşınlar, avadanlıqlar - mexanizmlər (elektrikli qızdırıcı, soyuducu) - 35,3 milyon dollar, neft və neft məhsulları - 24,3 milyon dollar, kimyəvi maddələr - 23,6 milyon dollar, qiymətli olmayan metallar və onlardan hazırlanan məhsullar - 21,6 milyon dollar.

DİGƏR XƏBƏRLƏR

Top