“Qara panter”in başçısı ağır yaralanıb, oğlu isə məhv edilib - Xocalı qətliamının iştirakçısı olub


1992-ci ildə Qarabağda, o cümlədən də Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər törədən “Qara panter” adlı terror qruplaşmasının rəhbəri Rüstəm Qasparyanın oğlu Azərbaycan Ordusu tərəfindən məhv edilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Rüstəm Qasparyanın özü isə ağır yaralanıb.
Məlumat üçün bildirək ki, 1961-ci il təvəllüdlü Rüstəm Qasparyan birinci Qarabağ döyüşləri zamanı “Qara panter” adlı terror qruplaşması təşkil edərək Azərbaycana qarşı döyüşüb.
1994-cü ildən sonra Ermənistan ordusunun polkovniki olan Rüstəm Qasparyan 2007-ci ildə sonra Ermənistan parlamentinin üzvü olub. “Çiçəklənən Ermənistan” partiyasının sədri, hazırda həbsdə olan  Qagik Çarukyanın da qohumu olan Rüstəm Qasparyanın adı Ermənistanda müxtəlif cinayət işlərində hallanıb. 2014-cü ildə Rüstəm Qasparyanın oğlu Roma Qasparyan adam oğurluğuna görə həbs olunub.
Bu ilin iyun ayında baş verən “Tovuz hadisələri” zamanı “Qara panter” adlı qruplaşmanı yenidən yaratdığını bəyan edib. Sentyabr aynın 27-də Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra oğlu ilə birlikdə Qarabağa gələrək seperatçıların tərkibində Azərbaycan Ordusuna qarşı döyüşməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top