Paşinyanın general rütbəsi verdiyi Artak Budaqyan kimdir? – Qardaşını Sarkisyanın adamı öldürüb + DOSYE


İşğal altında olan Qarabağdakı seperatçı rejimin rəhbəri Arayik Harutyunyan Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdimatından sonar 4-cü ordu korpusunun komandiri polkovnik Artak Budaqyana general-mayor rütbəsi verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Nikol Paşinyan sosial şəbəkə hesabından paylaşıb.
Məlumat üçün bildirək ki, Artak Budaqyan bundan əvvəlki təyinatları da Nikol Paşinyanın təqdimatları ilə baş tutub. 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra hərbi hissələrdən birinin komandiri olan Artak Budaqyanın 4-cü ordu korpusuna komandir təyin edilməsi haqqında Ermənistan Prezidentinə təqdimat verib.
Qeyd edək ki, Artak Budaqyanı Paşinyana yaxınlaşdıran səbəb onların hər ikisinin Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və onun yaxın ətrafı ilə olan münaqişələridir.
2013-cü ildə Artak Budaqyan və qardaşı Ermənistanın Sünik regionunun qubernatoru, eyni zamanda da Serj Sarkisyanın yaxın adamlarından olan “Liska” ləqəbli Surik Xaçatryan tərəfindən güllələniblər. Həmin hadisə zamanı Artak Budaqyan ağır yaralanıb, qardaşı isə ölüb. Bu hadisədən sonra  Surik Xaçatryan, oğlanları və mühafizəçisi həbs olunsalar da, qısa müddətdən sonra Serj Sarkisyan tərəfindən azad olunublar. Hətta həbsdən azad olunduqdan sonra Serj Sarkisyan Surik Xaçatryanı Sünik vilayətinə vali təyin edib. 2016-cı ildə isə Serj Sarkisyanın sədr olduğu Respublikaçılarının Partiyasının Gorus rayon təşkilatının sədri olub.
2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Surik Xaçatryan və oğlanları haqqında yeni cinayət işi açılıb. Həbsdən xilas olmaq üçün Surik Xaçatryanın ölkədən qaçdığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top