"Virusun genomu artıq Azərbaycanda araşdırılır".
Yeniavaz.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək:
“Virusun genomunu öyrənə bilən avadınlaq artıq ölkəmizə gətirilib. Talassemiya Mərkəzində bu araşdırılma aparılacaq. Xəstələrin sayının artdığl dövrdə virus bu dəfə daha ağırdır, daha öldürücüdür demək düzgün deyil. Bunu biz gələcəkdə müşahidə edəcəyik. Ümid edirik ki, bu belə olmayacaq”.