Hindistan polisi əmrə tabe olmayan avtomobili belə saxladı - VİDEO


Hindistanda yol polisi “Dayan!” əmrinə tabe olmayan sürücünü saxlatmaq üçün avtomobilin kapotuna atılıb.

Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, həmin yol polisinin adı Mahipal Sinq Yadavdır. Sürücü polis əməkdaşı avtomobilin üzərinə atıldıqdan sonra da yoluna davam edib. 400 metr getdikdən sonra avtomobil sahibi polis əməkdaşını maşının üstündən yerə atıb. O, hadisə yerindən qaça bilsə də, yaşadığı ünvan müəyyənləşdirilərək saxlanılıb. Sürücüyə bir neçə maddə ilə cinayət işi açılıb.

Hadisənin görüntüləri küçədə yerləşdirilmiş təhlükəsizlik kameraları tərfindən anbaan qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top