"15 mindən artıq tələbəyə güzəştlər edilib" - Nazir


"Ölkə rəhbərliyinin müvafiq sərəncamı ilə ötən semestr sosial cəhətdən həssas olan ailələrə bu barədə köməklik göstərilib".

Yeniavaz.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, ali təhsil, orta ixtisas təhilisi və peşə təhsili alan 15 mindən artıq tələbəyə güzəştlər edilib: “Bu istiqamətdə yardımlar ikinci semestr üzrə də aparılır. Ötən semestrdə 4-cü kursda müraciət edənlər artıq universiteti bitiriblər. Aşağı kursda oxuyan tələbələrin müraciətləri də hal-hazırda yenilənib. Müəyyən dəqiqləşdirilmə işləri aparılır. Oktyabr ayının 10-dan noyabr ayının əvvəllərinə kimi həmin tələbələrin ödənişləri həyata keçiriləcək. Bu 12 min tələbəni əhatə edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top