“Bizim hal-hazırda atəş altında işləyən xəstəxanalarımız, itkilərimiz var. Bəzən olur ki, həkimlər yaralıları zirzəmilərdə qəbul etməli olurlar".
Yeniavaz.com xəbər verir ki bu sözləri TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, Ağdam, Tərtər, Beyləqan və Füzuli rayonunda atəş altında olan xəstəxanalar var:
"Sosial şəbəkələrdə görmüsünüz ki, hərbi həkimlər itirmişik. Biz onlarla fəxr edirik, onların ailələrinə səbr diləyirik. Biz heç vaxt əsgərimizi, zabitimizi tək qoymayacağıq. Cəbhənin hər sahəsində həkimlər işlərini davam edəcəklər. Buna heç kimin şübhəsi olmasın".