MN: Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir - VİDEO


Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Ali Baş Komandanın müraciətləri, həmçinin işğaldan azad olunmuş kəndlər haqqında məlumatlar operativ şəkildə çap olunmuş bülletenlər və  səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır.

Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.

DİGƏR XƏBƏRLƏR

Top