Çavuşoğlu ilə Lavrov cəbhədəki vəziyyəti müzakirə ediblər


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə report-un yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.
Nazirlər Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini hədəf alaraq mülki şəxsləri atəşə tutmasını, eyni zamanda Tərtərdə dəfn mərasim zamanı qəbiristanlığa edilən hücumu müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top