Mustafa Şentop Azərbaycana gələcək


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycana səfər edəcək. O, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 18-20-si aralığında nümayəndə heyəti ilə birlikdə ölkəmizdə rəsmi səfərdə olacaq. 
Şentopun səfəri Azərbaycan Respublikasının Milli Müstəqillik günü – oktyabrın 18-i başlayacaq. Oktyabrın 19-da TBMM sədri ölkə başçısı İlham Əliyev tərəfindən qəbul ediləcək. Mustafa Şentop oktyabrın 20-də isə Azərbaycan Milli Məclisində çıxış edəcək.

DİGƏR XƏBƏRLƏR

Top