Qəbiristanlığın vurulması nəticəsində ölənlərin sayı artdı - FOTOLAR


Bu gün Ermənistan silahlı qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində həlak olan mülki vətəndaşlarımızın sayı 4-ə çatıb.
Hadisə zamanı yaralanan 1967-ci il Əmirov İsgəndər Yelmar oğlu çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, həmin vaxt dəfn edilən qadın İ.Əmirovun qayınanası 80 yaşlı Məmmədova Rəfiqə olub. Tərtər rayonundan olan qadın Yevlaxda qızıgildə vəfat edib. Onun cənazəsi dəfn edilməsi üçün Tərtərə gətirilmişdi.
Xatırladaq ki, Tərtərdə bugünkü düşmən təxribatı nəticəsində ümumilikdə 4 mülki vətəndaşımız həlak olub, 4-ü isə yaralanıb.
Yaralıların adlarını təqdim edirik:
Məmmədov Füzuli Əli oğlu (1966)
Əmirov Nofəl Yelmar oğlu (1968)
Allahverdiyev Elsevər Vəli oğlu (1979)
Qənzənfərli Rafael Qəzənfər oğlu (1986)
Həlak olanlar: 
Əmirov İskəndər Yelmar oğlu (1967)
Rüstəmov Vasif Bahadur oğlu (1960)
Orucov Pərviz Novruz oğlu (1989)
Zamanov Şakir Xasay oğlu (1988)
Qəbiristanlığın vurulması nəticəsində ölənlərin sayı artdı




qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top