Erməni bloger: "Qarabağda muzdlular hərbi rəhbərliyə tabe olmurlar"


Paşinyan hökumətinə qarşı qatı müxalifətdə dayanan tanınmış ruspərəst erməni bloger Tiqran Koçaryan hökumətin qadağalarına baxmayaraq açıq çıxışlarını davam etdirir. Onun oktyabrın 12-də öz səhifəsində yaydığı informasiya Qarabağ separatçılarının, o cümlədən bütün Ermənistanın hansı vəziyyətidə olduğuna işıq salır.
Yeniavaz.com Koçaryanın paylaşımını təqdim edir:
"Bu gün bir yaxın dostumu ziyarət etdim. O mayordur, bundan artığını deməyəcəm.  Onsuz da vəziyyət yaxşı deyil. Hazırda kiçik qırıqlarla Erebuni Tibb Mərkəzində müalicə olunur. Yavaş-yavaş  özünə gəlir. Amma başa düşür ki, sağalan kimi, yenidən o cəhənnəmə qaytarılacaq. Deyir ki, ikinci dəfə şanslı olmaya bilər ...
Dostum mənə bunları dedi: "Dağlıq Qarabağdakı hərbi əməliyyatlar Ermənistanın nəzarətindən çıxıb. Bəzi Qarabağ komandirləri istəklərinə uyğun gəlmədiyi təqdirdə Ermənistanın əmrlərini yerinə yetirmirlər. Diasporanın könüllü dəstələri olan ARF Daşnaksütyun və onların rəhbərlik etdikləri muzdlular, ümumiyyətlə, öz müharibələrini aparırlar".
Buna görə qarşıdurmalar yaranır. Stepanakertdə baş verən belə qarşıdurmaların birində öz ətrafına bir qrup muzdlu yığan və hərbi rəhbərliyə tabe olmayan kanadalı ARF üzvü Kristofer Artin güllələnib. Onun cəsədi Mardakert yaxınlığında bir əraziyə atılıb. Həmin ərazi artıq azərbaycanlıların nəzarətindədir. Mən çox istəyərdim ki, Kanada səfirliyi öz vətəndaşının taleyi ilə maraqlansın. Onun ölümü cəzasız qalmamalıdır.
Əlbəttə ki, dəhşətlidir, amma indi Qarabağda bir insanı öldürmək və cinayəti gizlətmək çox asandır".

DİGƏR XƏBƏRLƏR

Top